Ruslan Əliyev vəzifəsindən azad edildi

“Azəriqaz” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib.

Digər sərəncamla “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Azər Məmmədova həvalə edilib.

Qeyd edək ki, bu təyinatadək A.Məmməov baş direktorun müavini vəzifəsində çalışıb.

Azər Məmmədov

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ