Ramazan bayramında ardıcıl beş qeyri-iş günü olacaq

Bu gün bütün müsəlman dünyasında müqəddəs Ramazan ayının başlanğıcıdır.

Ramazan bayramının 10-11 aprel tarixlərinə təsadüf edəcəyi gözlənilir.

Bu məqsədlə Baş nazir Əli Əsədovun Qərarına əsasən, Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib.

Beləliklə, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ