Bakıda azyaşlı oğurlandı - Qaçıran şəxs kameraya düşdü

Sabunçu qəsəbəsində yaşayan və iyunun 4-dən yoxa çıxan Zəhradan xəbər var.

Buta.media Musavat.com-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, polis əməkdaşları təhlükəsizlik kameralarına baxış keçirən zaman Zəhranın naməlum şəxs tərəfindən aparıldığını müəyyən ediblər.

Hazırda qəsəbə və ətraf ərazilərdə həm Zəhranın, həm də naməlum şəxsin fotosu ilə axtarışlar davam etdirilir.

Məlumatı olan şəxslər bu nömrə ilə əlaqə saxlaya bilər: +994 50 505 40 09

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ