DSX-nin hərbçisi yaralandı

Martın 8-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu əsgər Nəsibli Elvin Bəxtiyar oğlu silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Hərbi qulluqçunun həyatını xilas etmək üçün təxirəsalınmaz tədbirlər görülərək xəstəxanaya çatdırılıb, ixtisaslaşmış və peşəkar həkimlərin iştirakı ilə əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanılıb və Hərbi Prokurorluğun əməkdaşları ilə birgə araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ