Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb.
“Qafqazinfo”nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir.
Məlumatı onun vəkili Rəsul Cəfərov təsdiq edib.
Qeyd edək ki, H.Abdullayev bundan əvvəl 6 il azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.