Azərbaycanda bu məktəblər ləğv ediləcək

Gələn tədris ilində bəzi məktəblər birləşdiriləcək, bəziləri isə ləğv ediləcək.

Bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

O bildirib ki, bu ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub.

Eşqi Bağırov əlavə edib ki, təhsilanların sayı az olan məktəblərin şagirdləri yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınacaq. Bunun üçün avtobusların ayrılması da nəzərdə tutulub.

Eşqi Bağırov məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərinin fəaliyyətinə də toxunub. Agentlik sədri bildirib ki, tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Dövlət Agentliyinin rəhbəri 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlərə çağırış da edib. Bildirib ki, müəllimlər üçün əsas dəyər şagirdlərin nəticələridir. Əgər hər hansi neqativ hal müsahidə edilsə, qabaqlayici tədbirlər görüləcək. Bununla bağlı aidiyyəti şəxslərə təlimatlar da verilib. Eşqi Bağırov həmçinin bildirib ki, son iki həftə ərzində 50-yə yaxın məktəbdə monitorinq aparılıb və nöqsanlar aşkarlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ