“Toplum” TV-nin ofisində axtarış aparılıb

Toplum TV-nin ofisində axtarış aparılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Əlavə məlumat veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ