“Bu il bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək”

“Cari ildə məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərinin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıyır: “Bu nəticə tərbiyəçi-müəllimlərin əmək müqaviləsinə təsir etməyəcək. Sertifikatlaşdırmaya gəlincə isə, bu il tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulmur. Sertifikatlaşdırma prosesinə növbəti ildən başlanılacaq. 2026-cı ilə qədər 17 min nəfər sertifikatlaşdırmaya cəlb ediləcək və proses tamamlanacaq”.

Eşqi Bağırov məktəbəqədər təhsildə idarəetmənin təkmilləşdirilməsi məqsədilə də tədbirlərin davam etdirilirdiyini bildirib. Onun sözlərinə görə, cari ildə məktəbəqədər təhsil müəssisələrində pedaqoji və idarəetmə heyəti üçün təlimlərin təşkili, keyfiyyət təminatı sisteminin yaradılması istiqamətində işlər aparılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ