ÜST-nin baş direktoru Azərbaycana gələcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus XI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Qebreyesusun pandemiya və milli səhiyyənin potensialının gücləndirilməsi müqaviləsi mövzusunda məruzə edəcəyi gözlənilir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu martın 14-16-da keçiriləcək.

Tədbirdə 400-ə yaxın dünyaşöhrətli nümayəndə, eləcə də keçmiş və indiki dünya liderləri, nazirlər və Nobel mükafatçıları iştirak edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ