Azərbaycan diplomatları İrana qayıdacaqlar

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtması ilə bağlı razılıq əldə olunub, bunu İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“Azərbaycanlı həmkarımla görüşdə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticələrini müzakirə etdik...

Biz Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin İrana göndərilməsi ilə bağlı tədbirlərin görülməsi ilə bağlı razılığa gəlmişik”, - deyə o, jurnalistlərə bildirib.

Yada salaq ki, 2023-cü il yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə terror aktı törədilib. Kalaşnikov avtomatı ilə silahlanmış terrorçu mühafizə postunu yararaq təhlükəsizlik xidmətinin rəisini öldürüb, daha iki nəfəri yaralayıb. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib, səfirliyin fəaliyyəti dayandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ