Mixail Mişustin Azərbaycana işgüzar səfərə gəlib

Rusiyanın baş naziri Mixail Mişustin Azərbaycana işgüzar səfərə gəlib.

Rusiya hökumət başçısı səfər çərçivəsində ölkə prezidenti İlham Əliyev və baş nazir Əli Əsədovla danışıqlar aparacaq.

Daha əvvəl bildirilib ki, Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.

Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək. Bir sıra hökumətlərarası və qurumlararası sənədlərin imzalanması planlaşdırılır.

Mişustinin proqramında həmçinin Azərbaycan Milli Xalça Muzeyinə və Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına səfər də var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ