DSMF sədri infarkt keçirib? - Rəsmi açıqlama

Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən infarkt keçirməsi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, DSMF sözügedən iddialara münasibət bildirib.

Qurum fondun sədri H. Məmişovun bir neçə gün əvvəl İsveçrədə olduğunu təsdiqləsə də, yayılan məlumatı təkzib edib.

Qeyd edilib ki, DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ