Azərbaycanda 100 min manata Quran satılır - foto

Azərbaycanda 100 min manata Qurani-Kərim satılır. Bu barədə sosial şəbəkədə elan yerləşdirilib.

Kitabın sürmə ilə yazıldığı bildirilir. Həmçinin qeyd olunur ki, kitab Təbriz yazısının bu qəbildən olan yeganə əlyazmadır.

Üzlüyü ceyran dərisindən olan kitab miladi təqvimlə 1293-cü ildə Azərbaycan ərazisində yazılıb.

Sözügedən Qurani-Kərimin ekspertiza sənədi də mövcuddur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ