16 milyonluq mənimsəmə ittihamı ilə həbs edilən “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə ibtidai istintaq davam edir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, irihəcmli iş üzrə ibtidai araşdırmanın yekunlaşması üçün 8 ay kifayət etməyib.
Bu səbəbdən istintaq orqanının müstəntiqi və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror seçilmiş qətimkan tədbirinin uzadılması üçün məhkəməyə müraciət edib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə R.İsayevin həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilən R.İsayev 2023-cü ilin iyulunda Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.