Bakı metrosunda insident: Sərnişinlər təxliyə olundu

“Xocəsən” stansiyasından “Avtovağzal” stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən sərnişinlərin “Xocəsən” elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb:

“Təxliyə problemsiz başa çatdırılıb. Texniki problem aradan qaldırılana qədər “Xocəsən” stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb”.

“Xocəsən” stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər.

“Avtovağzal” - “8 Noyabr” sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur.

Qatarların “Xocəsən” stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”, - məlumatda bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ