Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev vəzifədən azad olunub.
Möhübbət Babayev yaşa görə təqaüdə göndərilib.
Hazırda Lənkəran ŞİH başçısının birinci müavini ilə yanaşı başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsi boşdur.
Qeyd edək ki, M. Babayev 2017-ci ildə icra başçısının birinci müavini təyin edilmişdi.
Onun vəzifədən azad edilməsi barədə ilk məlumatı Cenublu.az səhifəsi paylaşıb.