Bakıda dəmir maneə avtomobili iki yerə "böldü" - Sürücü sağ qaldı - FOTO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Buta.media xəbər verir ki, Trend-in məlumatına görə, qəza Xətai rayonu Zığ şosesində qeydə alınıb. Şəhər istiqamətindən üzü Hövsan qəsəbəsi ilə hərəkətdə olan "Renault Megane" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dəmir maneəyə çırpılıb.

Nəticədə dəmir avtomobilin ön şüşəsindən salona girərək, arxa şüşədən çıxıb. Şahidlərin bildirdiyinə görə, qəza zamanı avtomobildə sürücü tək olub, o da ciddi xəsarətlər almayıb.

Qəzanın səbəbləri araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ