Birinci Qarabağ döyüşlərində iştirak edən 1992-ci ildə 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edən Allahverdi Bağırovun Ağdamda heykəli qoyulacaq.
Millət vəkili Aqil Abbasın sözlərinə görə, heykəl “Qarabağ” futbol klubunun Ağdamda tikiləcək yeni stadionun qarşısında qoyulacaq.
“Qarabağ”ın keçmiş futbolçusu, daha sonra klubun baş məşqçisi olan Milli Qəhrəman Allahverdi Bağırovun heykəli artıq hazırdır.
Qeyd edək ki, heykəl artıq Quzanlıdadır. Stadionun tikintisi yekunlaşdıqdan sonra heykəlin ora qoyulacağı nəzərdə tutulub.