Hacıqabulda baş verən yol qəzasında 2 nəfər ölüb.
Buta.media-nın məlumatına görə, “Report”un Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Vito” markalı, B 017 KN 134 dövlət nömrə nişanlı avtomobil anidən idarəetməni itirərək aşıb. Nəticədə Rusiya vətəndaşı olan azərbaycanlılar hadisə yerində ölüb.
Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.