Bakıda “Ətçilər” sökülür

Paytaxtın Yasamal rayonunda “Ətçilər” kimi tanınan ərazidə fəaliyyət göstərən kafelər və ət dükanlar sökülür.

Bu barədə sosial şəbəkələrdə məlumat oaylaşılıb.

Qeyd olunur ki, ötən gün axşam saatlarından başlayaraq Yasamal rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıblar. Ərazidə 20-dən artıq kafe sökülüb.

Qeyd edək ki, M.Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ