Bayramov və Mirzoyan arasında danışıqların növbəti raundu başladı

Almaniyada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqların növbəti raundu başlayıb.

Bu barədə məlumatı Azərbaycan XİN öz “X” hesabında paylaşıb.

Xatırladaq ki, danışıqların birinci raundu dünən baş tutub.

10:08

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Berlində davam etdiriləcək.

Danışıqlar fevralın 28-də başlayıb.

Dünən əvvəlcə nazirlər arasında ikitərəfli görüş keçirilib. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib.

Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ