Azərbaycanda qadın maşında doğdu - Uşaq öldü

Yevlaxda avtomobildə qızını dünyaya gətirən ananın körpəsi ölüb.

Buta.media-nın məlumatına görə, "Qafqazinfo" xəbər verir ki, Yevlax rayonunun Xaldan qəsəbə sakini 21 yaşlı Aytac Qarayeva doğuş sancıları ilə xəstəxanaya aparılarkən avtomobildə doğub.

Sonradan ana və uşaq xəstəxanaya yerləşdirilsə də, yeni doğulan qız uşağı tələf olub.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ