Azərbaycan Respublikası Səhiyyə Nazirliyi qurumu rüşvətxorluqda ittiham edən jurnalist Teymur Kerimovu məhkəməyə verib.
Buta.media-nın məlumatına görə, BAKU.WS xəbər verir ki, buna səbəb bir neçə həftə əvvəl ictimai şəkildə səhiyyə naziri Oqtay Şirəliyevə etiraz etməsidir.
Nazirliyin T.Kərimovun CM-nin 147.2 maddəsilə məsuliyyətə cəlb edilməsini tələb edir.
Məhkəmə 07.06.2019 tarixinə təyin edilib.
Xatırladaq ki, jurnalist Teymur Kərimovun anası qan xərçəngindən əziyyət çəkir. Müalicəyə başlanılan ilk gündən indiyədək rüşvət verməkdən tamamilə müflisləşdiyini bildirərək Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası etmişdi. O, etirazını soyunaraq - anasının müalicəsi üçün paltarlarını çıxarıb satışa çıxarmaqla bildirmişdi.