Bakıda qəzada ölən sürücü iki avtomobili əzdi - video

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, hadisə Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 74 ünvanında, saat 09:30 radələrində qeydə alınıb.

Belə ki, “Renault” markalı avtomobilin sürücüsünün halı qəfil pisləşib. O, idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında dayanan “Ford” və “Mercedes” markalı avtomobillərə çırpıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı taksi sürücüsü dünyasını dəyişib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ