Uşaqlar arasında yeni virus yayılıb - xəbərdarlıq

Son zamanlar uşaqlar arasında müşahidə olunan xəstəliklərdən biri koksaki virusudur. Bu virusun əlamətləri qızılca və suçiçəyi ilə oxşar olduğundan müalicəsi səhv aparılır və ağır fəsadlara gətirib çıxarır.

Bu virus hava-damcı yolu və çirkli məhsullar vasitəsilə yayılır. Həmin infeksiyaya yoluxan uşaqlar karantində qalmalıdırlar.

Həkim-pediatr Aytən Əhmədova bildirib ki, məlum virusa yoluxmuş uşaqlarda baş ağrısı, temperatur yüksəlməsi, ümumi halsızlıq və əzginlik müşahidə olunur:

“Belə olanda uşaqlar ancaq yatmaq istəyir. Daha sonra səpkilər müşahidə edilir. Həmin bu səpkilər ağızın içində və ətrafında, əl, ayaq və bədənin digər hissələrində olur. Bu virusa daha çox bağçada oxuyan uşaqlarda rast gəlinir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ