Ceyhun Bayramov Aİ missiyasının sərhəddə gərginlik yaratdığını bildirib

Aİ-nin sərhəddə olan missiyasının hərəkətləri, müxtəlif Qərb diplomatlarının sərhədə gətirilməsi, sərhəddə heç bir gərginliyin olmaması halında bu, məsələnin daim gündəmdə saxlanılması, gərginlik kimi təqdim edilməsinə xidmət edirdi.

Bunu jurnalistlərə açıqlamasında XİN rəhbəri Ceyhun Bayramov deyib.

“Həmin missiyanın nəzarət zonasından Azərbaycan sərhədinin pozulması, sonra heç bir əsas olmasan snayper atəşi ilə hərbçimizin yaralanması buna misaldır”.

Ceyhun Bayramov həmçinin əlavə edib ki, Şoltsun təşəbbüsü ilə keçirilən görüşdən sonra sülh prosesinin inkişaf etdirilməsinin vacibliyi qeyd olundu, razılaşdırıldı. 

“Amma bundan dərhal sonra Fransa Prezidentinin açıqlaması, daha sonra Fransa müdafiə nazirin Ermənistana gəlməsi, təhrikedici açıqlamaları da buna nümunədir”, - nazir qeyd edib.

XİN rəhbəri bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, öz suverenliyimi bərpa etməsi bir çox qurumları, mərkəzləri narahat edir: 

“Yəni, nəticədə, onların, belə demək olarsa, sevimli oyuncaqları əldən gedir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ