Binəqədi yanğınına görə həbs olunan şirkət rəhbəri azadlığa çıxdı

2015-ci il mayın 19-da Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən şəxslərdən biri Miryusif Mahmudov azadlığa buraxılıb.

Buta.media-nın verdiyi xəbərə görə, onu cəzasının bir hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxıblar.

Eyni zamanda, onun təsisçisi olduğu “Global Stone” şirkətinin direktor müavini Ələkbər Əsgərov da azadlığa çıxıb.

M.Yusifovun bacısı oğlu, şirkətin direktoru Uğur Bəşirov isə hazırda həbsdədir, o 5 il azadlıqdan məhrum etmə cəzası alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ