Paytaxt yollarında sürücülərin hərəkətinə mane olan şəxs peyda olub.
Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Belə ki, Həsən Seyidbəyli və Mirzağa Əliyev küçələrində sürücülər, geyimləri qəribə olan bu şəxslə qarşılaşdıqlarını bildiriblər. O, həm də, sürücülərin hərəkətinə mane olub.
Oxu.az-ın əldə etdiyi məlumata görə, ruhi əsəb dispanserində qeydiyyatda olan 1962-ci il təvəllüdlü qadın paytaxtın Səbail rayonunda polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq qeydiyyatda olduğu dispanserə yerləşdirilməsi təmin olunub.