DİN Bakıda körpəsini soyuqda donduran qadınla bağlı tədbir gördü

Daxili İşlər Nazirliyi (DİN) Nəsimi rayonu, Rəsul Rza küçəsində körpəsini soyuqda donduraraq, dilənən qadın barədə açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərlə bağlı profilaktiki tədbirlər polis əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılmaqla davam etdirilir:

“Polis əməkdaşları tərəfindən aşkarlanmış, dilənçiliyi həyat tərzinə çevirərək soyuq hava şəraitində azyaşlını yanında saxlamaqla onun sağlamlığını təhlükəyə atan şəxslə bağlı da qanunamüvafiq tədbirlər görülüb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ