Kamili hava limanından əliqandallı çıxardılar - Video

Ötən gecə Moskvanın “Domodedovo” hava limanında sərhədçilər tərəfindən saxlanılan fitness məşqçisi Kamil Zeynallı polisə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, K.Zeynallı qolları qandallı şəkildə hava limanından çıxarılaraq polis idarəsinə aparılıb.

Moskvadakı müvafiq polis idarəsində aparılan araşdırmadan sonra Kamilin saxlanılmasının dəqiq səbəbi aydınlaşacaq.

Qeyd edək ki, ilkin məlumatda K.Zeynallının Ermənistanın təqdimatı əsasında axtarışa verildiyi açıqlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ