“Uşaqlarla söyüşlə danışırdı. Etiraz edəndə məni də təhqir edirdi”.
Bunu qadın ərinin qızına fiziki şiddət göstərməsi məsələsi ilə bağlı Baku TV-yə açıqlamasında deyib.
Azyaşlının anasının sözlərinə görə, atası 15 yaşlı qızını təhsildən yayındırmağa çalışıb:
“Beyninə ancaq evlilik haqqında fikirlər yeridirdi. Deyirdi ki, səni aparıb nənənin yanına qoyacağıq, o sənə tərbiyə verəcək. Sonra da sənə toy edəcəyəm, cehiz verəcəyəm”.
Özünün və övladlarının dəfələrlə şiddətə məruz qaldığını deyən ana yaşadıqları zorakılığa görə 2019-cu ildə həyat yoldaşını polisə şikayət etdiyini də bildirib.
“Ağsaqqallara qulaq asıb bir dəfə bağışladım. Uşaqlara görə barışdım. Amma indi qəti qərarımdır, boşanmaq istəyirəm”, - o söyləyib.
Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib. Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb.