Məktəbli qıza qarşı zorakılqla bağlı YENİ RƏSMİ AÇIQLAMA

Bakıda 156 nömrəli məktəbin 11-ci sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə 9-cu sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı yeni məlumat yayılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yayılan məlum videogörüntülərlə bağlı hüquq mühafizə orqanlarında iş aparılır:

"Ailələr nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək".

Qeyd edək ki, məsələ ilə bağlı 156 nömrəli tam orta məktəbidən isə bildirilib ki, təhsil müəssisənin rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ