Azərbaycanda tələbə qız özünü asdı

Samuxda baş vermiş intiharın başvermə şəraiti məlum olub.

Buta.media "Report"a istinadla xəbər verir ki, rayonun Eldar kəndində ötən gün intihar etmiş 19 yaşlı qız Bəsti Yasin qızı Aslanova hadisə zamanı evdə tək olub.

B.Aslanova Gəncə şəhərində yerləşən özəl təhsil müəssisələrinin birində tibb üzrə təhsil alırmış. İkinci kurs tələbəsinin Gəncədə kirayədə yaşadığı bildirilir. O, intihardan bir müddət öncə tətilə çıxdığı üçün yaşadıqları babası evinə gedib.

Hadisədən bir qədər sonra evə gələn ailə üzvləri B.Aslanovanın özünü kəndirlə asaraq intihar etdiyini görüblər. Gənc qızın intihar səbəbi tam açıqlanmır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ