Bakıda polis bölməsində qan töküldü

Binəqədi polis idarəsində 1 nəfər özünə xəsarət yetirib.

Buta.media "Report"a isinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Cabbarov Emin İsgəndər oğlu özünü bıçaqlayıb. 

Onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər. 

Yaralıya qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Bildirilir ki, Emin Cabbarov cinayət işi törətdiyinə görə, polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Onun cibində bıçaq olduğundan özünə xəsarət yetirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ