Bakıda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb. 69 yaşlı Məmmədov Əli Nadir oğlu binadan özünü ataraq həyatına son qoyub.
Onun 15-ci mərtəbədən özünü atdığı qeyd olunur. Ə. Məmmədovun niyə canına qəsd etməsi isə hələlik bəlli deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.