“Şəhərdə 3 yol - avtobus, velosiped, maşın yolu müəyyənləşib. Bu darısqal yollarda idarəetmə problemləri yaranıb” .
Bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin iclasında bildirib.
“Bunu elə tənzimləmək olar ki, avtobus gəlməyəndə avtomobillər avtobus zolaqlarından istifadə edə bilsin. Tramvayların çəkilməsi ilə bağlı məsələ də qoyulub.
İrəli baxmaq lazımdır. Yaponiyada, BƏƏ-də göydə uçan taksilər kəşf edilir. Görəcəyik ki, gələcəkdə başqa ölkələrdə səmada uçan taksilər fəaliyyət göstərir. Yeraltı nəqliyyatın inkişafına diqqət etmək lazımdır.
Bundan əlavə, ödənişli yollarda özbaşınalıq edənlərə heç olmasa, 15 gün küçə süpürtdürmək lazımdır. Biri 200-lə sürür özünü çəkir, biri xuliqanlıq edir və s. İctimai qınaq olmalıdır. Neçə-neçə ailələrin taleyi bunlardan asılı olur”, -deyə deputat vurğulayıb.