Əhmədin 17 yaşında bıçaqladığı idmançı - FOTO + VİDEO

Ailəsinin beş üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun 17 yaşı olarkən bıçaqladığı şəxsin görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, Əhməd Əhmədov 17 yaşı olanda yaşıdı Ramin Cəfərova 18 bıçaq zərbəsi vurub.

Araşdırma nəticəsində Əhmədin bıçaqladığı şəxslə bağlı bir sıra məlumatlar da əldə edilib.

Məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Əhməd Əhmədov onu meşəyə aparıb, öncə beşbarmaqla vurub, daha sonra isə bıçaqlayıb.

Həmin zaman polis idarəsindən mətbuata verilən məlumatda deyilir ki, rayon sakini, 1999-cu il təvəllüdlü Ramin Cəfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin Əhməd Əhmədov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağla Xətai Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Sonradan isə bu xəbər bir sıra saytlardan silinib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ