Bakının mərkəzində hərəkətin təşkilində ciddi nöqsan - Video

Bakının Səbail rayonu ərazisində Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində hərəkətin təşkilində ciddi nöqsanlar var.

Ü.Hacıbəyli küçəsində 2 hərəkət zolağında sağa dönmə işarəsi olsa da, bir qədər öndə həmin işarələrdən biri düzünə hərəkətlə əvəzlənib. Bu da sürücülərdə çaşqınlıq, ərazidə nəqliyyatın hərəkətinin pozulması və bir çox sürücülərin cərimələnməsinə səbəb olur.

Nəqliyyat eksperti Ərşad Hüseynov nöqsanlı işarələnmənin aparıldığı yerdə olub və hərəkətinin düzgün təşkil edilməsi ilə bağlı fikirlərini səsləndirib. O bildirib ki, Üzeyir Hacıbəyli küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinin böyük əksəriyyətinin sağa – Rəşid Behbudov küçəsinə dönməsini nəzərə alaraq buradakı 3 zolağın hamısına sağa dönmə işarəsi qoymaq mümkündür. Bu edilmədiyi təqdirdə 2 zolaqda həmin işarələnmə aparılmalıdır və sürücülərdə çaşqınlıq yaradan nöqsan aradan qaldırılmalıdır.

Ekspert vurğulayıb ki, dəyişiklik edilənə qədər bu yolda heç kimə cərimə yazılmamlıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ