İtkin düşən məktəbli qızlar Kürdəmirdə tapıldı

Abşeronda 2 məktəbli qız itkin düşüb.

Report xəbər verir ki, hadisə dünən baş verib.

Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri - Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb, geri qayıtmayıblar.

Onların evə qayıtmadığını görən valideynləri dərhal Abşeron rayon Polis İdarəsinə məlumat veriblər.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, dünən günorta saatlarından Abşeron rayonunda itkin düşən məktəbli qızlar tapılıb: 

“2010-cu təvəllüdlü iki məktəblinin itkin düməsi barədə məlumat üzrə polis əməkdaşları tərəfindən axtarışa elan edilib. Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ