Xəstəxanaya getmədi, yatdığı yerdə öldü

Abşeron rayon sakini müəmmalı şəkildə vəfat edib.

Pirəkəşkül qəsəbə sakini, 1979-cu il təvəllüdlü E.Alıyev dünən saat 01:30 radələrində sərxoş halda evində yıxılaraq başından xəsarət alıb. Ailə üzvləri təcili tibbi yardıma müraciət edib və ona ilkin yardım göstərilib.

E.Alıyev xəstəxanaya getməkdən imtina edib və özünü yaxşı hiss etdiyini bildirib. Saat 07:30 radələrində - yəni hadisədən 6 saat sonra onun həyat yoldaşı 45 yaşlı kişinin yatağında öldüyünü görüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ