Prezident seçkilərinin yekun nəticələri açıqlandı

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının hazırda keçirilən iclasında son nəticələr elan olunub.

Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərində seçici fəallığı 76,43 faiz olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ