Xocavənddə partlayış, yaralı var

Fevralın 10-u saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində partlayış olub.

DİN xəbər verir ki, arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması barədə polisə məlumat daxil olub.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyyə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ