Dəm qazının qurbanı oldu - Foto

Bakıda 38 yaşlı kişi dəm qazından boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib. 38 yaşlı Aqil Fail oğlu Rəhimov yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.

Qeyd edək ki, A.Rəhimov Lənkəran Dövlət Dram Teatrının aktyoru Allahverən Babayevin bacısı oğludur. Onun 1 azyaşlı övladı yadigar qalıb.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ