Azərbaycanda avtomobil 3 uşağı vurdu, 2-si vəfat etdi

Bu gün Zaqatala rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Göyəm kəndi ərazisində minik avtomobili 3 uşağı vurub. Azyaşlılardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən vəfat edib. Daha bir uşaq isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə dövlət qurumlarının əməkdaşları gəlib.

 “Mercedes” markalı minik avtomobilinin vurduğu 3 nəfər Göyəm kənd orta məktəbinin şagirdləri olub. Hadisə nəticəsində 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov qəzanın baş verdiyi yerdə ölüb. 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Onların hamısı eyni sinfin şagirdi olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törədən Emin İbrahimov barəsində cinayət işi başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ