102 yaşlı Fatma Səttarova səs verdi

İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova da seçkilərdə iştirak edib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o, müalicə aldığı Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib.

Qeyd edək ki, İkinci Dünya müharibəsinin veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var. Həmçinin, Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ