Xankəndi şəhərində Qarabağ canilərindən biri Aşot Qulyanın abidəsi sökülüb.
Bu barədə məlumatı qapalı teleqram kanallarına istinadən “Aysor” portalı yayıb.
“Bekor” ləqəbi ilə tanınan həmin şəxs 1992-ci ildə Xocalı, Hadrut, Əsgəran, Şuşa və bir sıra digər istiqamətlərdə döyüşlərdə iştirak edərək günahsız insanların ölümünə səbəb olub. Qulyanın heykəli Xankəndidə ermənilərin Bekor adı verdiyi parkda quraşdırılmışdı.