3 gün əvvəl Bakı şəhər Binəqədi rayonu Biləcəri qəsəbəsində 91 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun velosipedlə hərəkət edən gənc oğlanı vurub öldürməsi barədə xəbər vermişdik.
Buta.media-nın məlumatına görə, Publika.az xəbər verir ki, hadisə nticəsində vəfat edən 17 yaşlı Samir Elman oğlu Əsədullayev orta məktəbin 11-ci sinif şagirdi olub.
Onun atası Elman Əsədullayev Qarabağ müharibəsi veteranıdır.
Qeyd edək ki, Samir Əsədullayev qəzadan sonra 1 saylı şəhər kliniki xəstəxanasına gətirilsə də, saat 19 radələrində başından aldığı xəsarət nəticəsində vəfat edib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qəzada vəfat edən məktəblinin fotosunu təqdim edirik.