Azərbaycanda sahibkar faicəvi şəkildə öldü - FOTO

Gəncədə yol qəzasında sahibkar ölüb.

Hadisə şəhərin Qara Qarayev və Cavadxan küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük avtmobili ilə “Lexus” markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdən biri idarəetmədən çıxaraq səki ilə gedən piyadanın, 1982-ci il təvəllüdlü Səbuhi Xeyirxəbərovun həyatına son qoyub.

Məlumata görə, S. Xeyirxəbərov Gəncədə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Qeyd olunur ki, mərhum idman zalından qayıdırmış.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ