Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Bakıda, eləcə də şəhər ətrafında kəpənəklərin kütləvi şəkildə müşahidə edilməsinin səbəbini açıqlayıb.
Buta.media xəbər verir ki, İnstitutun "Quru onurğasızları" laboratoriyasının kiçik elmi işçisi Nigar Yusifova bildirib ki, son günlərdə Bakı şəhərində kütləvi şəkildə rast gəlinən kəpənək növü Vanessa cardui növüdür.
Bu növ hər il Şimali Afrikadan başlayaraq Aralıq dənizi, Qara dəniz, eləcə də region ölkələrin üzərindən Mərkəzi Avropa istiqamətində miqrasiya edir:
"Vanessa cardui 5000 km məsafəyə qədər miqrasiya etmək xüsusiyyətinə malikdir. Nəzərə alaq ki, Azərbaycan bu növün miqrasiya yoluna çox yaxın yerləşir. Bu növün kütləvi yayılmasının əsas səbəbi onların miqrasiya etməsidir. Hazırda ölkəmizlə yanaşı, Kipr, İsrail və Türkiyədə də bu növün kütləvi artması səs-küyə səbəb olub".