Füzulidə ağır yol qəzası - Video

Füzuli rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, şirkətlərdən birinə məxsus olan yük maşını yol kənarında dayanmış “VAZ 2106” markalı avtomobilə çırpılıb. Nəticədə yük maşını yoldan çıxaraq aşıb, minik avtomobili isə tamamilə yararsız hala düşüb.

Xoşbəxtlikdən hadisə zamanı minik avtomobilində kimsə olmayıb. Nəticədə ciddi xəsarət alan olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ